Abituriyentlərin ​ali təhsil müəssisələrinə ixtisas seçimi başa çatır

12:25 - 10 Avqust 2016 - Cəmiyyət

 Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq. TQDK-dan verilən məlumata görə, avqustun 10-u saat 11:30-a olan məlumata görə, 37 700 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 640 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq ərizəsini təsdiqləməyib.
V ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər də elektron ərizələrinə daxil olub ixtisas seçimini həyata keçirməlidirlər.

Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.  

Xəbər xətti