Baba Rzayevə “Əməkdar mühəndis” fəxri adı verilib

15:41 - 9 Avqust 2016 - Xəbər

 Azərbaycan Prezidenti İlham Əliyev Balababa Hüseynağa oğlu Rzayevə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. "Report" xəbər verir ki, B.Rzayev Azərbaycanda elektroenergetika sahəsinin inkişafında xidmətlərinə görə fəxri ada layiq görülüb.

Dövlət başçısının digər sərənsamı ilə Azərbaycanda elektroenergetikanın inkişafında xidmətlərinə görə Fuad Ağakərim oğlu Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər xətti