Sərhəddə 41 min qutu qaçaqmal siqaret aşkar edildi

13:08 - 9 Avqust 2016 - Xəbər

Xaçmaz gömrükçüləri Azərbaycana qaçaqmal yolu ilə külli miqdarda siqaretin keçirilməsinin qarşısını alıb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.
Baxış zamanı, gömrük nəzarətindən gizlədilmiş şəkildə 41.000 ədəd xarici markalı siqaret aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti