Bu gün Putinlə Ərdoğan görüşür

12:44 - 9 Avqust 2016 - DÜNYA

Bu gün Sankt-Peterburqda Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında görüş keçiriləcək.APA-nın Rusiya bürosunun məlumatına görə, iki ölkə liderinin görüşünün səkkiz aylıq böhrandan sonra Rusiya-Türkiyə münasibətlərinə impuls verəcəyi gözlənilir.
Putin-Ərdoğan görüşündən gözləntilərini açıqlayan Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, bugünkü görüşdə münasibətlərin bərpası üçün hansı tempdə və hansı ardıcıllıqla məşğul olunacağına dair ciddi fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, dünən Türkiyə prezidenti R. T. Ərdoğan Rusiya səfəri ərəfəsində TASS agentliyinə müsahibəsində Rusiya-Türkiyə sammitinin vacibliyini vurğulayıb. O bu səfərin tarixi səfər və yeni başlanğıc olacağını söyləyib: "Dostum Vladimirlə danışıqlarda inanıram ki, ikitərəfli münasibətlərdə yeni səhifə açılacaq. Bizim ölkələrimiz birlikdə çox şey edəcək".

Xəbər xətti