Naxçıvan Ali Məclisinə əlavə seçkilər keçirilib

18:42 - 8 Avqust 2016 - Xəbər

 Avqustun 6-da 45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə əlavə seçkilər keçirilib.Muxtar Respublikanın Mərkəzi Seçki Komissiyasından "Report"a verilən məlumata görə, seçkilərdə iştirak etmək üçün 3 nəfər namizədliyini irəli sürüb. Onlardan partiya mənsubiyyətinə görə 1 nəfəri bitərəf, 2 nəfəri isə Yeni Azərbaycan Partiyasının üzvüdür.
Məlumata görə, 45 saylı Aza seçki dairəsi üzrə 6 049 seçicidən 4 828-i seçkidə iştirak edib. Bununla da seçki dairəsini əhatə edən 16 seçki məntəqəsinin hamısında seçki baş tutmuş hesab edilib.

Xəbər xətti