Rusiya və İran prezidentləri Bakıda əməkdaşlıq məsələlərini müzakirə edib

17:59 - 8 Avqust 2016 - Xəbər

 Rusiya prezidenti Vladimir Putin İran prezidenti Həsən Ruhani ilə Bakıda keçirdiyi görüşdə Rusiya-İran münasibətlərində bütün sahələrdə irəliləyiş olduğunu qeyd edib.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
"Bu müddət ərzində ikitərəfli münasibətlərin inkişafında uzun yol qət etmişik, dostluq münasibətlərimiz güclənir, o çoxşaxəli xarakter daşıyır. Bu, iqtisadi münasibətlərə, siyasi əlaqələrə və humanitar sahəyə də aiddir", - deyə V.Putin bildirib.
O, görüşün təşkili üçün Azərbaycanın dövlət başçısı İlham Əliyevə minnətdarlığını bildirib və bu görüşün həm də regiondakı vəziyyəti üçtərəfli formatda müzakirə etməyə imkan yaratdığını söyləyib.

Xəbər xətti