Qara Qarayev prospekti təmirdən sonra açılır

16:11 - 8 Avqust 2016 - Xəbər

Qara Qarayev prospektinin bir hissəsi təmirdən sonra açılır.“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, bu gün axşam saatlarında bir hissəsi bağlı olan Qara Qarayev prospektində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunur.
Qeyd edək ki, təmir-tikinti işləri ilə əlaqədar olaraq avqustun 5-dən Qara Qarayev prospektinin Naxçıvanski küçəsi ilə kəsişməsindən ( “8-ci km. bazarı” ) Bəhruz Nuriyev küçəsi ilə kəsişməyədək olan hissəsində ( “Laçın” ticarət mərkəzi ) avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunmuşdu.

Xəbər xətti