Putin Azərbaycana səfərə gəlib

16:00 - 8 Avqust 2016 - Xəbər

Rusiya Federasiyasının prezidenti Vladimir Putin avqustun 8-də Azərbaycan Respublikasına səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Rusiya prezidenti Vladimir Putin hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.report

Xəbər xətti