Gömrükdən corabında qızıl keçirmək istəyən şəxs saxlanılıb

11:19 - 8 Avqust 2016 - Xəbər

 Azərbaycan gömrükçüləri corabında qızıl keçirmək istəyən şəxsi saxlayıbDGK-nın mətbuat xidmətindən verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun piyada xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. 
Yoxlama zamanı, həmin vətəndaşın ayağındakı corablardan - 1 ədəd cib saatı qabı, 2 ədəd qolbaq, 1 ədəd boyunbağı, 1 cüt sırğa, 2 ədəd sırğa tayı və 1 ədəd sırğa tayının keçirmə hissəsi olmaqla, ümumi çəkisi 87,39 qram olan qızıl məmulatı aşkar edilib.
 Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti