Bu gün Bakıda prezidentlərin sammiti keçiriləcək

11:15 - 8 Avqust 2016 - Xəbər

Bu gün Bakıda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli formatda sammiti keçiriləcək. Apa-nın məlumatına görə, artıq İran prezidenti Həsən Ruhani ötən gündən Azərbaycanda səfərdədir.
Rusiya prezidenti Vladimir Putinin bu gün Azərbaycan gəlməsi gözlənilir.
Görüşdə əsasən “Şimal-Cənub” dəmiryol xəttinin inşası ilə bağlı müzakirələr aparılacaq. Prezidentlər Suriya, Əfqanıstan, terrorçuluq və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi kimi məsələlərə də toxunacaqlar. 
Sammitin sonunda bəyannamənin imzalanması gözlənilir.

Xəbər xətti