Gəncədə ağır qəza: piyada öldü

01:19 - 7 Avqust 2016 - HADİSƏ

Dünən axşam 22:00 radələrində Gəncədə  ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az-ın DİN-in saytına istinadən məlumatına görə, şəhər sakini Məmməd Səfərov idarə etdiyi “VAZ-21124” markalı avtomobillə yolu keçən 65 yaşlı kişini vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada dünyasını dəyişib.

Faktla bağlı Nizami (Gəncə) RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

 

Fərid

Xəbər xətti