Sabaha olan hava məlumatı

12:25 - 3 Avqust 2016 - ÖLKƏ İÇİ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti az buludlu, əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, paytaxt və yarımadada şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-25, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 34-39 dərəcə isti, dağlarda gecə 13-18, gündüz 23-28  dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir. 

Xəbər xətti