Azərbaycan diplomatiyasının vəzifəsi ADR-in xarici dövlətlər tərəfindən tanınması idi

19:11 - 1 Avqust 2016 - KİVDF

BU İSTİQAMƏTDƏ UĞURLU SİYASƏT  HƏYATA KEÇİRİLİRDİ

AZƏRBAYCAN xarici siyasətində qonşu dövlətlərlə əlaqələrin qurulması çox vacib məsələlərdən biri idi. Bu səbəbdən də İranla münasibətlərin normallaşması və bu ölkənin Azərbaycanın müstəqilliyini tanıması önəmli idi. İran dövləti, Paris sülh konfransının fəaliyyətinin ilk dövrlərində Azərbaycana qarşı ərazi iddiaları, konfransa təqdim etdiyi memorandumda bütün Şimali Azərbaycanın İrana qatılması tələbi irəli sürür və bu ərazidə yaşayan “əhalinin əksəriyyətiin İran mənşəli olması”nı iddia edirdi. Lakin konfransa rəhbərlik edən aparıcı dövlətlər İranın bu tələblərini rədd etdilər və 1919-cu il 9 avqust tarixli İngiltərə-İran müqaviləsi imzalandıqdan sonra bu ölkənin nümayəndə heyətini konfransın işindən uzaqlaşdırdılar. Yalnız bundan sonra İranla Azərbaycan arasında yaxınlaşma başlandı və bu yaxınlaşma 1919-cu il noyabrın birindən bir neçə sənədlərin imzalanması ilə nəticələndi.
Bu ciddi hadisədən sonra İranın siyasi dairələrinin mövqeyi xeyli dəyişdi, Paris sülh konfransında iştirak edən İran-Azərbaycan nümayəndə heyətləri arasına yaxınlaşma, fikir birliyi prosesi gücləndi. Oktyabr ayının 25-də nümayəndə heyətləri Hindistanın tanınmış müsəlman xadimi Ağa xanın iştirakı ilə görüşmüş, Azərbaycanı dəstəkləmək və onunla həmrəy fəaliyyət göstərmək barədə razılığa gəldilər. Görüşün ikinci günü İranın xarici işlər naziri, Paris sülh konfransında nümayəndə heyətinin başçısı Firuz Mirzə Nəsrəttudovlə bəyanət verdi: İran Qafqaz Azərbaycanının heç bir hissəsinə iddia irəli sürmür və ona hər cür kömək etməyə hazırdır.
Beləliklə, İranla Azərbaycanın arasında yaranmış ziddiyyətli münasibətlər aradan qaldırıldı və İran elan edilmiş sərhədlər daxilində Azərbaycanın müstəqil, demokratik dövlət olmasını qəbul etdi.
İranın mövqeinin dəyişməsinə noyabr ayının 17-də ingiltərənin baş naziri Lloyd Corcun İngiltərə nümayəndələr palatasında verdiyi bəyanətin də güclü təsiri olmuşdur. Lloyd Corc bildirib ki, Azərbaycan Rusiyanın tərkibinə daxil olmaq istəmir, o müstəqil siyasi həyata qabildir. 1920-ci ilin yanvar ayının 11-də Paris sülh konfransının Ali Şurasının Azərbaycanın müstəqilliyinin de-fakto tanıması münasibətilə yanvarın 14-də Bakıda keçirilən şənlikərdə İran konsulu Ağa Səid Ziyaədin Təba Təbai elan etdib ki, İran yaxın günlərdə Azərbaycanı tanımaq haqqında qərar qəbul edəcəkdir.
1920-ci ilin may ayının 20-də Azərbaycan Cümhuriyyəti ilə İran arasında dostluq müqaviləsi imzalandı. Müqaviləni Azərbaycan Cümhuriyyəti adından xarci işlər naziri Fətəli xan Xoyski, ədliyyə naziri Xəlil bəy Xasməmmədov, yollar naziri Xudadat bəy Məlikaslanov imzaladılar. Müqavilənin birinci maddəsində deyilirdi ki, İran Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin tanınmasını təntənəli sürətdə elan edir. 
Müqaviləyə əsasən Azərbaycanın Tehranda, İranın Bakıda diplomatik nümayəndəliklərinin təsis edilməsi qərarlaşdı. Adilxan Ziyadxanov Azərbaycanın İranda ilk diplomatik elçisi təyin edildi.
Azərbaycanın müstəqilliyinin tanınmasına bütün vasitələrlə mane olan və onun varlığına təhlükə yaradan əsas dövlət Rusiya idi. Böyük qonşumuz, imperiya iddiaları ilə yaşayan Rusiya tarixən mühüm strateji məkanda yerləşən Azərbaycanı zəbt edib, onun təbbii sərvətlərinə sahib olmaq arzusu ilə yaşayıb.
Azərbaycan Demokratik Respublikası Rusiya ilə diplomatik əlaqələr yaradılmasına böyük səy göstərsə də qonşu dövlət Azərbaycanın müstəqilliyini tanımaqdan imtina edir, müxtəlif xarakterli qeyri məqbul tələblər irəli sürürdü. Aydındır ki, Azərbaycan Demokratik Respublikası hökuməti ölkəmizin müstəqilliyinə və suveren hüquqlarına qarşı yönələn Rusiyanın qeyri məqbul tələblərini qəbul edə bilməzdi. Çünki Rusiya Ermənistanla birlikdə Azərbaycan torpaqlarını bölüşdürməyə çalışırdı.
Azərbaycan diplomatiyasının qarşısında duran ən mühüm vəzifələrdən biri Azərbaycan Demokratik Respublikasının xarici dövlətlər tərəfindən tanınması idi. 1919-cu il yanvarın 18-də işə başlamış Paris sülh konfransı bu vəzifənin həyata keçirilməsində mühüm mərhələ oldu. 1918-ci ilin sonunda Azərbaycan parlamentinin Ə.M.Topçubaşovun başçılığı etdiyi nümayəndə hey’əti Paris sülh konfransında iştirak etmək üçün böyük çətinliklərdən sonra Parisə gəldi və fəaliyyətə başladı. Lakin 1919-cu ilin əvvəlində yaranmış beynəlxalq vəziyyət Azərbaycan nümayəndə hey’ətinə qarşıya qoyduğu vəzifəni yerinə yetirməyə imkan vermədi. Qalib dövlətlər keçmiş Rusiya imperiyasının xarabalıqları üzərində yaranmış yeni dövlətlərin tanınması məsələsini “Rusiya məsələsinin” həllinə qədər təxirə saldılar. Çünki Kolçakın, Denikinin və başqa çar generallarının Sovet Rusiyasına qarşı apardıdıqları uğurlu müharibəni nəzərə alan Avropa ölkələrinin əksəriyyəti “vahid və bölünməz Rusiya” prinsipini müdafiə edirdilər. Bu prinsipə əsasən ABŞ prezidenti Vilsonun 1919-cu il mayın 28-də Azərbaycan nümayəndə heyətilə görüşü zamanı sülh kofnransının dünyanı kiçik dövlətlərə parçalamaq niyyətində olmadığını bildirmişdir.
Çar Rusiyasının şovinist siyasətini bilən Azərbaycan ABŞ-la, İngiltərə və digər qərb ölkələrlə əlaqələrin genişləndirməsinə və onların ölkəmizin müstəqilliyinin tanımasına xüsusi əhəmiyyət verirdi. Qərb ölkələri ilə diplomatik əlaqələrin genişləndirilməsi Azərbaycan Demokratik Respublikasının siyasətinin əsas istiqamətini təşkil edirdi. Məqsəd Azərbaycan həqiqətlərini qərb ölkələrinə çatdırmaq, ölkənin müstəqil yanaşmaq əzmini və imkanını onlara bildirmək, zəngin təbii sərvətləri haqqında onlara dəqiq mə’lumat vermək və Azərbaycan Demokratik Respublikasının tanınmasına nail olmaq idi.
Əlimərdan bəy Topçubaşov Peterburq universiteini bitirmiş hüquqşunas diplomat kimi Azərbaycanın xarici siyasətinin həyata keçirilməsində böyük xidmət göstərmiş, 6 oktyabr 1918-ci ildə ikinci kabinədə xarici işlər naziri və 7 dekabr 1918-ci ildə parlamentin sədri vəzifələrini tütsada bütünlüklə xarici siyasətlə məşğul olmuşdur. Ə.Topçubaşov 1918-ci ilin dekabr ayının 23-də Türkiyədə ABŞ prezidenti Vilsonun nümayəndəsi Braunla Amerika səfirliyində görmüş və Azərbaycanın real vəziyyəti barədə ona ətraflı məlumat verdi. Braun Azərbaycanla, onun reallıqları ilə yaxından tanış olan ilk amerikanlı idi.
1919-cu ilin avqust ayının 28-də ABŞ ordusunun Baş Qərargahının polkovniki, müttəfiq dövlətlərin (ABŞ, İngiltərə, Fransa, İtaliya) Zaqafqaziyada ali komissarı Vilyam N. Haskel Bakıya gəldi. Haskeli qəbul edən hökumətin başçısı Nəsibbəy Yusifbəyov Azərbaycanın müstəqilliyi, ərazi birliyi haqqında məlumat verdi və onun tanınmasının vacibliyini qeyd etdi. Haskel vəziyyəti öyrəndikdən sonra bildirdi ki, “O, Qarabağın və Zəngəzurun Azərbaycana keçməsini zəruri sayır”. Bununla bərabər Haskel Şərur və Naxçıvan bölgəsində neytral zonanın yaradılması, burada amerika qubernatorluğunun və müttəfiq idarəçilik sisteminin təsis edilməsi təklifini irəli sürdü. Nəsibbəy Yusifbəyov bildirdiki bu məsələ parlamentdə müzakirə edilməli və neytral zonada Azərbaycan pulu işlədilməli, Ermənistan zonaya təsir etmək imkanlarından məhrum edilməli, erməni silahlı qüvvələri zonaya buraxılmamalıdır. 
«Üç nöqtə»

Xəbər xətti