Türkiyədə hərbi məktəblər ləğv edilir

09:17 - 31 İyul 2016 - Xəbər

Türkiyədə fəaliyyət göstərən bütün hərbi təhsil müəssisələri bağlanacaq. APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “A Haber” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə,  onların əvəzinə Türkiyədə Milli Müdafiə Universiteti yaradılacaq. Milli Müdafiə Universitetinin nəzdində Quru Qoşunlar Akademiyası, Hərbi-Hava Akademiyası və Dəniz Akademiyası yaradılacaq.  
Hazırda ölkədə dörd ali hərbi təhsil müəssisəsi fəaliyyət göstərir.   

Xəbər xətti