Şəkinin daha bir kəndinə qaz verilib

17:41 - 29 İyul 2016 - ÖLKƏ İÇİ

 Şəki rayonunun Abbas kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.SOCAR-dan verilən məlumata görə, tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Bildirilib ki, 212 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 14 504 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərinə sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Xəbər xətti