Şəkidə iki uşaq atası intihar edib

10:36 - 27 İyul 2016 - HADİSƏ

Şəkidə iki uşaq atası intihar edib.Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, iyulun 26-da saat 23.00 radələrində Şəki şəhəri, Güləkli məhəlləsi ev 3 ünvanında  yaşayan, 1965-ci il təvəllüdlü Nadir Mustafa oğlu Ağayevin yaşadığı evin çardağında asılmış meyiti aşkarlanıb. Onun özünü öldürdüyü müəyyənləşib.
Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Xəbər xətti