Bakıda polisin idarə etdiyi avtomobil qəzaya uğrayıb

14:51 - 25 İyul 2016 - HADİSƏ

 Bakı şəhəri, Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.“Report”un xəbərinə görə, Zabrat-Maştağa şosesində 1983-cü il təvəllüdlü Eşqin Əhmədovun idarə etdiyi “VAZ-21150” və 1951-ci il təvəllüdlü Vaqif Eminovun idarə etdiyi “VAZ-21041” markalı avtomobillər toqquşub.
Nəticədə V.Eminovun sərnişinləri Neftçala rayon sakini 1960-cı il təvəllüdlü Gülnişan Qurbanova, 1970-ci il təvəllüdlü Xatirə Qurbanova, 1961-ci il təvəllüdlü Tamara İsayeva və 1953-cü il təvəllüdlü Mehrəmsə Kərimova müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki, sürücülərdən Eşqin Əhmədov polis serjantıdır.
Faktla bağlı istintaq aparılır.

 

Xəbər xətti