“Qafqaz” Universitetinin bağlanılması barədə qərar qəbul olunub

14:13 - 20 İyul 2016 - Xəbər

“Qafqaz” Universitetinin təsisçisi Azərbaycan Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib. Təhsil Nazirliyindən verilən məlumata görə bununla bağlı, müvafiq rəsmi sənədlər Nazirliyə daxil olandan sonra “Qafqaz” Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müvafiq işçi qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaq.

Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbər xətti