Eldar Əzizov: "Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının əsl ümumxalq lideridir"

14:04 - 20 İyul 2016 - Xəbər

Ötən gün Səbail Rayon İcra Hakimiyyətində keçirilən 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov  qeyd etmişdir ki, Azərbaycanın tarixi çox qədim və zəngindir. Ötən illər ərzində Azərbaycanda böyük dövlət xadimləri və görkəmli hökmdarlar olub və biz onlarla fəxr edirik. Lakin ümumxalq lideri statusu qazanan yalnız iki nəfər olmuşdur. Bu sözsüz ki, Ulu öndər Heydər Əliyev və onun siyasətini layiqincə inkişaf etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir. «Lider» siyasi termininə toxunun Eldar Əzizov bildirmişdir ki, Lider yalnız inqilablar zamanı və demokratik cəmiyyətdə yaranır. 90-cı illərin əvvəllərində Azərbaycanda ziddiyyətlər dərinləşmiş, ölkə parçalanma həddinə çatmışdır. Xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə gəlməsi nəticəsində ölkə təhlükədən qurtuldu, öz vahidliyini qorudu, sabitlik yarandı, böyük islahatlar başladı, Azərbaycan dövləti bir subyekt kimi möhkəmləndi. Bu gün bu siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla inkişaf etdirir. Azərbaycan dünyaının ictimai-siyasi sistemində öz yerini tutub, hərtərəfli inkişaf edir, dünyada analoqu olmayan iqtisadi göstəricilərə nail olub.

Bütün bu hallarda qazanılan uğur və tarixi nailiyyətlərin kökündə müdrik siyasət, zəngin intellekt, xalqla iqtidarın birliyi durur. Xalqımız Azərbaycan tarixində analoqu olmayan  bir halı – dövlət rəhbərinə inam və məhəbbət nümayiş etdirir. Odur ki, bu gün biz birmənalı olaraq bu iki dahi şəxsiyyəti ümumxalq, ümum Azərbaycan lideri kimi qəbul edirik. 
Yığıncaqda çıxış edən 132-134 saylı Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova, Badamdar bələdiyyəsinin sədri Həbib Əsədov, sahibkar Bəybala Hüseynov, rayon sakini Yeganə Bağırova,  YAP Səbail Rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev  dahi Heydər Əliyevin və möhtərəm Prezidentmiz İlham Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi istiqamətində gördükləri işlərdən, yeritdikləri siyasətdən söz açmış, Azərbaycanın bu gün sürətlə inkişaf edən, dünya dövlətləri arasında öz yerini tutan bir dövlət olduğunu vurğulamış, ölkəmizin inkişaf və tərəqqisi istiqamətində apardığı siyasətə və gördüyü işlərə görə Prezidentimiz İlham Əliyevə minnətdar olduqlarını bildirmişlər. 
Çıxışlarda irəli sürülən təkliflərlə bağlı rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq məktubu göndərilib.


Elmin

Xəbər xətti