Daxili işlər naziri Ramil Usubov türkiyəli həmkarına zəng edib

13:17 - 20 İyul 2016 - Xəbər

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Türkiyə Respublikasının daxili işlər naziri Efkan Alaya telefonla zəng edib. DİN-nin rəsmi saytında verilmiş məlumata görə, R. Usubov hərbi çevrilişin qəbuledilməz olduğunu bildirərək, Türkiyədəki demokratiyaya və xalq tərəfindən seçilmiş hökumətə tam dəstək verdiklərini vurğulayıb.
Türkiyənin daxili işlər naziri öz növbəsində verilən dəstəyə və göstərdiyi həmrəyliyə görə general-polkovnik Ramil Usubova təşəkkürünü bildirib.

Xəbər xətti