“Hərbi çevrilişə cəhd medianın sayəsində baş tutmadı” - Əflatun Amaşov

14:35 - 18 İyul 2016 - MEDİA

“Türkiyədə hərbi çevrilişə cəhd bu ölkədəki güclü medianın sayəsində baş tutmadı”. APA-nın xəbərinə görə, bunu Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşov bu gün Nəsimi Rayon İcra Hakimiyyətində media nümayəndələri ilə görüşdə çıxışı zamanı deyib. MŞ sədri bildirib ki, Azərbaycan mətbuatı da daima Azərbaycan dövlətinin inkişafında mühüm rol oynayıb. Millət vəkili qeyd edib ki, Türkiyədə hərbi çevrilişə cəhd zamanı Azərbaycan hakimiyyəti, Azərbaycan xalqı Türkiyə dövlətini, demokratiyanı dəstəkləyib.

Xəbər xətti