Bu rayonlarda qaz olmayacaq - SİYAHI

18:09 - 12 İyul 2016 - ÖLKƏ İÇİ

İyulun 13-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Ağdam magistral qaz kəmərləri sahəsinin “Quzanlı”, “Qaradəmirçi”, “Ağcəbədi”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Əskipara” və “Qazax”, Astara Magistral qaz kəmərləri sahəsinin “Masallı”, ”Tüklə”, “Xarxatan” və “Avrora” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq. Lent.az-ın məlumatına görə, təmir müddətində Lənkəran rayonunun Liman, Hirkan, Gərmətük, Aşağınüvədi, Boladi, Şağlasel və Mamusta, Masallı rayonunun Ərkivan, Musaküçə, Qızılavar, Mahmudavar, Türkoba, Bədalan və Boradigah kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Ağcabədi, Ağdam, Bərdə və Qazax rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Xəbər xətti