Gürcüstanın müdafiə naziri istefa verəcək

13:32 - 12 İyul 2016 - DÜNYA

 "Respublikaçılar Partiyası"nın üzvü olan Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli və barışıq və mülki bərabərlik üzrə dövlət naziri Paata Zakareişvili bu günlərdə tutduqları postları tərk edəcək."Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri David Usupaşvili məlumat verib.

Onun sözlərinə görə, Xidaşeli və Zakareişvili fəal şəkildə seçki kampaniyasına qoşulacaq.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 8-də keçiriləcək.

Xəbər xətti