"Air İndia" təyyarəsi Bakıya məcburi eniş edib

15:34 - 11 İyul 2016 - Xəbər

"Air İndia" aviaşirkətinə məxsus London-Mumbay marşrutu üzrə reys həyata keçirən təyyarə ötən gün gecə saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanına məcburi eniş edib.Bunu Trend-ə hava limanından deyiblər.
Qeyd ediblər ki, göyərtəsində 206 sərnişin olan təyyarə texniki səbəblərə görə saat 22:00 radələrində Bakı aeroportuna uğurlu eniş edib.
"Air İndia" sərnişinləri Mumbaya çatdırmaq üçün Bakıya digər təyyarə göndərib. Həmin təyyarə yerli vaxtla saat 14:37-də bütün sərnişinlərlə birlikdə Bakıdan havaya qalxıb.

Xəbər xətti