Yük maşını BMW-yə çırpıldı: 3 nəfər öldü

12:53 - 11 İyul 2016 - HADİSƏ

Bakı-Şamaxı yolunda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.APA-nın xəbərinə görə, hadisə bu gün saat 11:30 radələrində Qobustan rayonu ərazisində qeydə alınıb. 01-BO-203 dövlət nömrə-nişanlı “KamAZ” markalı yük avtomobili ilə 90-HR-095 dövlət nömrə-nişanlı BMW markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər aldığı xəsarətlərdən hadisə yerində ölüb. Bir nəfər isə xəsarət alaraq Qobustan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 

bəsi tərəfindən araşdırma aparılır. 

Xəbər xətti