Manna dövləti Azərbaycanın dövlətçilik taixində mühüm mərhələ oldu

19:25 - 8 İyul 2016 - KİVDF

Bu dövlət təkcə qədimliyinə görə deyil, təkamül dərəcəsinə görə də dünyanın dövlətçilik mədəniyyəti tarixində mühüm yer tutur

Ənənəvi Azərbaycan dövlətçiliyinin davamı olan və eramızdan əvvəl I minilliyin əvvəllərində meydana gələn Manna dövləti Azərbaycanın dövlətçilik taixində mühüm mərhələ oldu. Azərbaycanın ən qədim dövlətçilik məkanı olan Urmiya hövzəsində yaranmış bu dövlət təkcə qədimliyinə görə deyil, təkamül dərəcəsinə görə də dünyanın dövlətçilik mədəniyyəti tarixində mühüm yer tutur. Urmiya hövzəsindəki bütün digər xırda yerli dövlətləri də öz hakimiyyəti altında birləşdirən Manna şimalda - Araz çayına (bəzən də ondan şimala doğru) və şimal-şərqdə - Xəzər dənizinə qədər olan Azərbaycan torpaqlarını əhatə edirdi.
Manna bütün regionda baş verən hərbi-siyasi hadisələrdə yaxından iştirak edir, Azərbaycan torpaqlarını ələ keçirməyə çalışan qüvvətli qonşularına - Aşşur və Urartu dövlətlərinə qarşı uğurla mübarizə aparırdı. Aşşur və Urartu təcavüzünə qarşı mübarizədə o zaman Azərbaycanda məskunlaşmış iskitlər (skiflər) və kimmerlər də fəal iştirak edirdilər.
Manna hökmdarları irsi və qeyri-məhdud hakimiyyətə malik idilər. Lakin buna baxmayaraq onlar ölkəni ağsaqqallar şurasının köməyi ilə idarə edirdilər ki, bu da Azərbaycanın dövlət idarəçiliyi sahəsində qədim məşvərət mədəniyyətinə malik olduğunu sübut edir. 
 Prof. Q. Qeybullayev qeyd edir ki, qədim türk xalqlarının tarixində Manna ilk türk dövlətidir. Azərbaycanlıların dövlətçilik ənənəsinin tarixi Mannadan başlanır . S. Qaşqay qeyd edir ki, Manna adı mənşəcə yerli ad idi. Ehtimal edilir ki, bu ad əvvəlcə Urmiya yanı tayfalardan birinə məxsus olub, sonralar mannalılar ərazi və tayfaları birləşdirdikdən sonra bu ad butun dovlətə şamil edilib.

III Salmanasarın hakimiyyətinin XVI ilindəki (e.ə. 843) yürüşü təsvir edilərkən məlumat verilirdi ki, car Daxili Zamuada məskənləri tuta-tuta Munna olkəsinə çatıblar. Lakin səlnamədə Manna dovlətinə yuruşdən və ya bac alınmasından heçnə bəhs edilmir. Mümkündür kü, assurlar ya Mannanı istila edə bilməmiş, ya da yalnız Mannanın sərhəddinə kimi irəliləyib və daha sonra yolunu dəyişərək qonşu Allarabia olkəsi uzərinə yeriyiblər.
Urmiya gölü hövzəsində Allabria çarlığının böyük əhəmiyyəti vardı. Allabrianın adı ilk dəfə IX əsrin ortalarında çəkilir. III Salmanasar Allabrianın qala şəhəri Şurdirranı və orada olan var-dövləti ələ keçirməsi haqqında məlumat verir. Hökmdar Yanziburiaş dövründə Allabria cəmiyyəti haqqında müəyyən fikir söyləməyə imkan verən maraqlı məlumat vardır. Assuriya Allabrianı sonralar özünə tabe etmişdi, hərçənd məlum olduğuna görə, II Sarqon zamanında mannalı Ullusunu ölkənin hökmdarı İttini dilə tutub "Urartuya xidmət etməyə" razı salmış və İtti onun fitvası ilə Assuriyaya qarşı üsyan qaldırmışdı. Lakin Assuriya əleyhinə koalisiya darmadağın edilmiş, çar İtti isə öz ailəsi ilə birlikdə Suriyadakı Amatiya şəhərinə sürgün edilmişdi. Allabria hökmdarı Belapaliddina dövründə onlar Assuriyaya bac verirdilər. Sonralar çar Ahşeri zamanında və ya hətta bir az əvvəl assurlar tərəfindən istila edilmişdi.

Akademik Z.Bünyadov və Y.Yusifov Mannanın meydana gəlməsi, tarixi əhəmiyyəti haqqında göstərirlər ki, Assuriyada III Tiqlatpalasarın (e.ə. 744-727-ci illər) hakimiyyətə gəlməsilə Ön Asiyada siyasi vəziyyət dəyişildi. O, geniş işğalçılıq müharibələri aparır, Assuriyanın beynəlxalq nüfuzunu qaldırırdı. Mannada və başqa ölkələrdə o, Assuriyanın siyasi təsirini artırmaq məqsədilə Urartu ilə toqquşmalı oldu. III Tiqlatpalasar Manna istiqamətində Mazamua (Krmiya gölünün cənubu və cənub-qərb vadi hissələri) vilayətini tutaraq orada yeni məskunlar yerləşdirdi və Mazamuanı Assuriyaya birləşdirdi. Mazamua Zamuanın şimal hissəsini təşkil edirdi. Urartu da bu torpaq uğrunda uzun-uzadı müharibələr aparmışdı. Bununla urartlar Mannanın bu ərazisindən sıxışdırılıb çıxarıldılar. III Tiqlatpalasar işğal olunmuş ölkələrin əhalisinin bir yerdən başqa yerə köçürmə siyasəti yürüdürdü. O, Urmiya gölü hövzəsində (əsasən qərb və cənub-qərbində) yaşayan kutiləri, sanqibutiləri, sanqilləri, budiləri, nakkabiləri və s. başqa əraziyə köçürdü və məskunlaşırdı. Lakin III Tiqlatpalasar Mannanın digər vilayətlərinə toxunmadı. Tiqlatpalasarın işğal etdiyi ölkələr içərisində Manna yad edilmir, o ancaq, Mannanın qoşunları Urartu və Midiya ilə müharibələr aparırdı. Manna hökmdarı III III Tiqlatpalasarın şəxsində özünün müttəfiqini görürdü.
Bu dövrdə Manna ikimeylli xarici siyasət mövcud idi. Bir qrup Assuriya ilə ittifaqa meyl göstərir, bununla da Manna torpaqlarının bütövlüyünü saxlayır və Urartunun işğalçılıq niyyətlərinə sədd çəkirdi. İranzu Assuriya ilə müttəfiq kimi davranır və onun siyasi üstünlüyünü tanıyırdı. Uzun müddət Urartu müdaxiləsinə qarşı mübarizə aparan Mannaya əmin-amanlıq lazım idi. digər qrup Urartu ilə ittifaqa meyl göstərir və Assuriya əleyhinə qüvvələri birləşdirməyə çağırırdı. Ola bilsin ki, III Tiqlatpalasar Urmiya gölünün cənub və cənub-qərb torpaqlarının Urartuya meyl göstərən əhalisini siyasi mövqeyinə görə köçürmüşdü. Hər halda ikinci qrupun siyasəti Mannanın ərazi bütbvlüyünü parçalaya bilərdi, eyni zamanda, daxili qüvvələrin və vilayətlərin mərkəzi dövlət ətrafında birləşməsinə əngəl törədirdi. Keçmişin təcrübəsi Manna hökmdarının xarici siyasətinin istiqaməğini müəyyənləşdirdi. Onun assur meylli siyasəti Ön Asiyanın bu qüdrətili dövlətini Mannanın havadarına çevirmişdi. Belə hal, ilk növbədə, Urartunu narahat edirdi, çünki Urartu hökmdarları Manna torpaqlarını işğal etməe niyyətindən əl çəkməmişdilər.
Assur meylli-xarici siyasət Manna dövlətini Urartu işğalçılarından xilas etmiş və ölkənin vahid mərkəzdə birləşməsi üçün şərait yaratmışdı. Lakin İranzunun dövləti mərkəzləşdirmə siyasəti Mannanın müəyyən canişinlərinin mənafeyinə uyğun gəlmirdi, canişinlərin bəzisi mərkəzdən ayrılma fitvasına gedirdilər. Eyni zamanda, Urartu mananın daxili işlərinə qarışır. Canişinləri mərkəzi hakimiyyətə qarşı üsyana təhrik edirdi.
Urartu hökmdarı I Rusa (e.ə. 730-714-cü illər) işğalçılıq niyyətinin həyata keçirmək məqsədilə Mannanın Zigiru vilayətinin canişini və başqa şəhərlər ilə sazişə girdi. Mannanın Zikirtu vilayətinin canişinin Mettati əhali arasında İranzuya qarşı üsyan meylləri yaradırdı. E.ə. 719-cu ildə Mannanın Şuandahul və Durdukka şəhərlərinin əhalisi Mettatiyə arxanalaraq İranzuya qarşı üsyana qalxdı. Assur hökmdarı II Sarqonun (e.ə. 722-705-ci illər) kitabəsində bu barədə deyilir: "Hakimiyyətimin üçüncü ilində Şuandahul və Durdukka qala şəhərləri öz ağalarına, mənimboyunduruğumu çəkən Manna hökmdarı İranzuya qarşı üsyan fikrinə düşdülər və döyüşçü və suvarilərini verməklə yardım göstərdi. (Allah) Aşşurun çoxlu qoşununu mən silahlandırdım və bu şəhərləri tutmağa getdim". II Sarqon sələflərinin Manna ilə ittifaqına sadiq qalaraq üsyançıların üzərinə qoşun yeritdi. Yürüşün gedişində üsyana meyl edən və I Rusa ilə sövdələşən bir sıra şəhər əhalisini Suriyaya köçürdü. II Sarqon məlumat verir ki, "Sukka şəhər əhalisini, bala şəhər əhalisini. Abitikna şəhər əhalisini onların kökünü kəsə biləcək pis məsləhət verdiyi və Urartu hökmdarı ilə sazişə girdiyi üçün günah işlətdikləri üçün mən öz yerlərində qərbə, Suriyaya köçürdüm". II sarqon üsyançı şəhərləri dağıdaraq yandırdı. Beləliklə, canişin Metatta və I Rusa tərəfindən Manna hökmdarı İranzuya qarşı hazırlanmış üsyan Assuriyanın köməyilə yatırıldı. Lakin özgə torpağında ara qızışdıran Rusiya uyan Mettati vahid Manna dövlətini parçalamaq üçün fürsət axtarırdı. İranzu vəfat etdikdən sonra onlar yeni müttəfiqlər tapıb Manna hökmdarına qarşı fitnə-fəsada başladılar.
(ardı var)

Xəbər xətti