Ramil Usubov generalı işdən çıxardı

13:02 - 16 İyun 2016 - ÖLKƏ İÇİ

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb. Avtosfer.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, DİN-nin Baş Cinayət Axtarış İdarəsinin rəisi polis general-mayoru Emin Şəkinskini tutduğu vəzifədən azad edilib. Nazirin digər əmri ilə Emin Şəkiniski Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Ceyhun Həsənov bir neçə gün əvvəl pentensiar xidmətin rəisi təyin edilib.

Elmin

Xəbər xətti