Dünya bazarında neft ucuzlaşıb

09:59 - 4 İyun 2016 - İQTİSADİYYAT

 Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,55 dollar, yaxud 1,12% ucuzlaşaraq 48,62 dollar/barel təşkil edib. "Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,40 dollar və ya 0,80% geriləyərək 49,64 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 55 dollar/barel olacağı gözlənilir.

Xəbər xətti