Pələnglər dörd gündə dörd kişini parçaladı

06:07 - 8 İyun 2026 - HADİSƏ

Hindistanda insan yeyən pələnglər dörd gündə dörd nəfəri yeyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə The Telegraph India məlumat yayıb.
Bütün hücumlar Qərbi Benqal əyalətindəki manqrov meşəsi olan Sundarbansda baş verib. 31 may - 3 iyun tarixləri arasında pələnglər tərəfindən dörd kişi öldürülüb.
 Pələng çərşənbə axşamı səhər tezdən dar palçıqlı bir kanalda xərçəng balıqçısı olan sonuncuya hücum edib. Yoldaşları qışqırıblar və pələng qurbanını buraxıb.

Naskar ağır vəziyyətdə Kalkutta xəstəxanasına aparılıb, lakin həkimlər onu xilas edə bilməyiblər. Şahidlərin sözlərinə görə, digər üçü yerindəcə parçalanıb, Janu və Baqani isə yırtıcılar tərəfindən cəngəlliyə sürükləniblər və qalıqların axtarışı hələ nəticə verməyib.

Xəbər xətti