"ChatGPT"də əsaslı yenilənmə

13:34 - 7 İyun 2026 - Xəbər

Amerikanın OpenAI şirkəti ilkin kütləvi təklif (IPO) öncəsi ChatGPT çatbotunun əsaslı islahata hazırlaşır.

Ucnoqta.az xəbər verir ki, bu barədə şirkətin baş meneceri Tibo Sottio Britaniyanın Financial Times (FT) qəzetinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, şirkət çatbotu proqramlaşdırma alətlərini və süni intellekt (AI) agentlərini birləşdirəcək "super tətbiqə" çevirmək niyyətindədir.

"Biz sizə şəxsi və ya peşəkar həyatınızın hər sahəsində kömək edə biləcək şəxsi agent təqdim etməyi hədəfləyirik", - Sottio deyib.

FT mənbələrinə görə, OpenAI, sürətlə böyüyən və süni intellekt modeli Claude-ı inkişaf etdirən Anthropic şirkətinə uduzmamaq üçün 2026-cı ilin ikinci yarısında IPO-dan əvvəl ən varlı müştərilərini cəlb etməyə yenidən təşkil edir və artan resursları yönəldir.
Qəzet qeyd edir ki, OpenAI daha çox Codex proqramlaşdırma alətinə diqqət yetirməyə başlayır, çünki şirkət süni intellektinin gələcəyinin istifadəçi suallarını cavablandıran çatbotlarda deyil, onlar üçün tapşırıqlar yerinə yetirən agentlərdə olduğuna inanır.

FT-yə görə, dəyişikliklər yaxın həftələrdə tətbiq olunmağa başlayacaq: ChatGPT veb versiyasının və ya mobil tətbiqinin istifadəçiləri proqramlaşdırma və şəkil yaratmaq vasitələrindən, eləcə də qrafik dizayn xidməti Canva və ya səyahət xidməti Booking.com kimi üçüncü tərəf tərəfdaş tətbiqlərindən istifadə etməyə təşviq ediləcəklər.

Qəzet əlavə edib ki, OpenAI istifadəçilərin getdikcə ayrı-ayrı tətbiqlər dəsti əvəzinə tək bir süni intellekt köməkçisi ilə işləyəcəyinə vəd edir. 

Xəbər xətti