Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının qalibi olub.
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv finalda Ukrayna seçməsini məğlub edib.
"Tipos Arena"dakı oyun 2:0 hesabı ilə bitib.
Komandanın qollarına Mirmehdi Rzayev və İsa Atayev imza atıb.
Beləliklə, minifutbol üzrə Azərbaycan millisi ikiqat Avropa çempionu olub. Komanda daha əvvəl 2022-ci ildə titula sahib çıxıb.