Kreml bu payız Şərq İqtisadi Forumuna (ŞİF) Amerika nümayəndə heyətinə ayrıca dəvət göndərməyi planlaşdırmır.
Ucnoqta.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib ki, hər bir ölkə iştirak edib-etməmək barədə öz qərarını verir.
"Xeyr. Bu, bütün nümayəndə heyətləri üçün açıqdır: nümayəndə heyətləri öz qərarlarını verirlər" - Peskov deyib.