Neftin qiyməti ucuzlaşıb

07:54 - 4 İyun 2026 - İQTİSADİYYAT

Dünya bazarında neftin qiyməti ucuzlaşıb.

Ucnoqta.az xəbər verir ki, "ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin avqust müqaviləsinin dəyəri 1,34% azalaraq 1 barelə görə 96,5 ABŞ dolları təşkil edib.

Həmçinin, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin iyul ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 1,31% azalaraq 94,76 ABŞ dollarına bərabər olub.

Xəbər xətti