ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran silahlı qüvvələrinin Bəhreyndəki ABŞ Beşinci Donanmasının qərargah kompleksinə və bölgədəki ABŞ hava bazasına zərbə endirdiyi barədə məlumatları təkzib edib.
Ucnoqta.az xəbər verir ki, CENTCOM bu barədə X-də açıqlama yayıb.
"İranın ABŞ qüvvələrinə qarşı bütün hücumları uğursuz olub. ABŞ qüvvələri ayıq-sayıqdır və özlərini müdafiə etməyə hazırdırlar".
Bir müddət əvvəl İran xəbər agentliyi ISNA İslam İnqilabı Keşikçiləri Korpusunun Beşinci Donanmanın qərargahına və ABŞ hava bazasına uğurlu raket və pilotsuz təyyarə zərbəsi endirdiyinə dair açıqlam yayıb.