Ötən gün Sabunçu rayonu Ramana qəsəbəsində qaynata Adıgözəl Məmmədov gəlini Gülüzar Məmmədovanı qətlə yetirib.
Ucnoqta.az xəbər verir ki, qətlin təfərrüatları barədə Modern.az-a qonşular məlumat verib.
Bildirilib ki, qaynatanın gəlinini öldürmə səbəbi müavinət kartını mənimsəmək istəyi olub.
Qonşuların sözlərinə görə, bundan əvvəl də tərəflər arasında ev üstündə mübahisələr yaşanıb. Adıgözəl Məmmədov gəlinini birgə yaşadıqları evdən çıxararaq nəvələri ilə birlikdə orada yaşamağa başlayıb.
“Gəlinindən müavinət kartını almaq üçün iyunun 1-i - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bəhanə edib evə çağırıblar. Uşaqlarla görüşüb evinə qayıdarkən qaynatası onun arxasınca gələrək liftdə bıçaqlayıb”.
Qonşular bildiriblər ki, səs-küy yarandıqdan sonra çölə çıxıblar:
“Burada liftlər gec bağlanır. Elə həmin vaxt bıçaqlayıb. Səs-küyə çıxıb gördük”.
Qeyd edək ki, qətli törətməkdə şübhəli bilinən Adıgözəl Məmmədovun 60 yaşı var, öldürdüyü gəlini Gülüzar Məmmədovanın isə 31 yaşı olub. Mərhum Gülüzar Məmmədovanın iki övladı var.