Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə və 2022-ci il 26 iyul tarixli 1764 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin bəzi hərbi qulluqçularının pul təminatının tənzimlənməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Ucnoqta.az fərmanın mətnini təqdim edir:
1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 47 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə dəyişiklik təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 iyul tarixli 1764 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 3, maddə 366 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin bəzi hərbi qulluqçularının pul təminatının tənzimlənməsi Qaydası”nda dəyişiklik təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.