"Gənclərimiz iki-üç il birlikdə yaşasınlar, sonra ..."

14:26 - 3 İyun 2026 - Cəmiyyət

"Gənclərimiz iki-üç il birlikdə yaşasınlar ki, bilsinlər, bir-birinə layiqdirlər, ondan sonra ailə qursunlar".

Ucnoqta.az xəbər verir ki, bu sözləri "Qafqazinfo"ya müsahibəsi zamanı Xalq artisti Xalidə Quliyeva deyib.

O bildirib ki, bizdə çox şeylər səhvdir:

"Mən bunu bu gün anlayıram. Gənc oğlanla qız tanış olurlar. Nə isə onların fikirləri uyğun gəlirsə, bir müddət görüşməlidirlər, bir müddət bir yerdə olmalıdırlar, bir müddət eyni həyatı yaşamalıdırlar. Teatra, kinoya getməlidirlər, bir-birlərini tanımalıdırlar. İki-üç il birlikdə yaşasınlar ki, bilsinlər, bir-birinə layiqdirlər, ondan sonra ailə qursunlar. Məncə, belə olmalıdır".

Xəbər xətti