ABŞ-nin gəmilərə zərbələri nəticəsində ölənlərin sayı 200-ü keçib

00:19 - 1 İyun 2026 - DÜNYA

ABŞ-ın narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən gəmilərə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 200-ü keçib.

Ucnoqta.az xəbər verir ki, The New York Times qəzetinin məlumatına görə, ABŞ-ın Cənubi Amerikada narkotik kartel gəmilərinə endirdiyi zərbələr nəticəsində 200-dən çox insan həlak olub.

Qəzetin məlumatına görə, 2025-ci ilin payızında ABŞ hücumlarının başlamasından bəri ABŞ qüvvələri narkotik qaçaqmalçıları tərəfindən istifadə edildiyi iddia edilən gəmilərə 60-dan çox zərbə endirib. Hücumlarda ən azı 202 nəfər həlak olub.

ABŞ Cənub Komandanlığı sonuncu dəfə belə bir zərbə barədə mayın 30-da məlumat verib.

Pentaqon rəisi Pit Heqset ötən ilin noyabr ayında narkotik kartelləri ilə mübarizə aparmaq üçün "Cənub Nizə" əməliyyatının başladığını elan edib.

Xəbər xətti