Tramp Türkiyədəki səfiri xüsusi elçi təyin etdi

19:21 - 31 May 2026 - DÜNYA

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Türkiyədəki səfiri Tom Barrakı İraq üzrə xüsusi elçi təyin edib.

Ucnoqta.az xəbər verir ki, prezidentin "Truth Social"da verdiyi məlumata görə, diplomat Suriya üzrə xüsusi elçi vəzifəsi ilə yanaşı, bu vəzifələrdə də çalışacaq.

"Mükəmməl iş görən ABŞ-ın Türkiyədəki səfiri Tom Barrakın Suriya və İraq hökumətləri ilə strateji tərəfdaşlığımızı inkişaf etdirdiyimiz və onlarla münasibətlərimizin möhkəmləndiyi bir vaxtda Suriya üzrə xüsusi prezident elçisi və İraq üzrə xüsusi prezident elçisi təyin olunacağını elan etməkdən məmnunam" - Ağ Ev rəhbəri yazıb.

O əlavə edib ki, Tom Türkiyədəki səfir olaraq qalacaq və ABŞ Dövlət Departamentinin tam dəstəyi ilə xidmət edəcək.

Barak 2025-ci ilin aprelində ABŞ-ın Türkiyədəki səfiri olub və bir ay sonra Tramp onu Suriya üzrə xüsusi elçi təyin edib.

Xəbər xətti