İran Silahlı Qüvvələri ölkənin cənub bölgələrindən bir sıra raketlər atıb.
Ucnoqta.az xəbər verir ki, Fars xəbər agentliyi bu barədə məlumat yayıb.
Agentliyin məlumatına görə, raketlərin dəqiq hədəfləri məlum deyil. Lakin agentlik mənbələrə istinadən bildirir ki, Fars körfəzi sularında toqquşmalar riski var.