Amerika prezidenti Donald Tramp İsrail, ABŞ və İran arasında silahlı münaqişənin çox tezliklə bitəcəyi barədə fikir bildirib.
Ucnoqta.az xəbər verir ki, o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib:
"Mənə görə, bu, statistikada mənim sevimli rəqəmlərimdən biridir: bu gün ABŞ-da tarixin hər anından daha çox insan işləyir. Və bu, İranla tezliklə, çox yaxında sona çatacaq münaqişə zamanıdır. Və bitəndə benzinin qiyməti əvvəlki səviyyələrdən aşağı düşəcək".