Lənkəranın bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, mayın 20-də Lənkəran Elektrik Şəbəkəsinin ərazisində yerləşən 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq 3 və 12 saylı hava xətlərində təmir işləri aparılacaq.
Təmir işləri ilə əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Sütəmurdov və Velədi kəndlərində, saat 14:00-dan 16:00-dək isə Digah və Şiləvar kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.