İsrail ordusu Livanda 15-dən çox hədəfə zərbə endirib

11:51 - 7 May 2026 - DÜNYA

İsrail ordusu Livanın cənubundakı "Hizbullah"a məxsus infrastruktura yeni zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, İDF mətbuat xidməti bu barədə məlumat verib.

Açıqlamaya görə, 6 mayda Livanın cənubundakı bir neçə ərazidə 15-dən çox "Hizbullah" hədəfinə hücum edilib.

Hücumlar silah anbarlarına, silah istehsalı sahələrinə, buraxılış qurğularına, qərargahlara və hərbi məqsədlər üçün istifadə edilən digər obyektlərə yönəlib.

İDF bildirib ki, 7 may səhəri Livanın cənubunda fəaliyyət göstərən İsrail qoşunları "Hizbullah"ın yenidən atəşinə məruz qalıb.

Onların istiqamətində bir neçə raket atılıb, lakin İsrail tərəfində itkilər barədə məlumat verilməyib.

Xəbər xətti