Bəhreyn Ordusu yüksək hazırlıq vəziyyətinə gətirilib

14:25 - 5 May 2026 - DÜNYA

Bəhreyn Silahlı Qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Krallığın Müdafiə Qüvvələri Komandanlığının açıqlamasında bildirilib.

Bəhreyn Müdafiə Qüvvələri Komandanlığı vətəndaşlarını və sakinlərini maksimum sayıq olmağa və İranın hava hədəflərinin qırıntıları ola biləcək şübhəli əşyalara yaxınlaşmaqdan və ya toxunmaqdan çəkinməyə çağırıb.

Bəhreyn ordusunun açıqlaması İranın Birləşmiş Ərəb Əmirliklərindəki hədəflərə endirdiyi zərbələrdən sonra verilib. 4 mayda BƏƏ ordusu İran ərazisindən buraxılan 12 ballistik raket, üç qanadlı raket və dörd pilotsuz uçuş aparatının ələ keçirildiyini bildirib.

Xəbər xətti