ABŞ prezidenti Donald Tramp bir daha ABŞ-İsrail müharibəsi başa çatdıqdan dərhal sonra neft qiymətlərinin kəskin şəkildə düşəcəyini proqnozlaşdırır.
Ucnoqta.az xəbər verir ki, Amerika lideri Ağ Evdə ABŞ-da kiçik və orta sahibkarlığa dəstək tədbirində çıxış edərkən bildirib.
"Hamı yanılırdı. Onlar enerjinin 300 dollar olacağını düşünürdülər.Bir barel üçün 300 dollar.
Bu, təxminən 100 dollardır", - deyə qeyd edib.
"Və mən proqnozlaşdırıram ki, bütün bunlar bitəndə qiymət çox əhəmiyyətli dərəcədə düşəcək", - deyə Vaşinqton administrasiyasının rəhbəri bildirib.
"Heç vaxt görmədiyiniz səviyyələrə", - deyə prezident bildirib.