Azərbaycan Avropa Parlamenti ilə əlaqələri dayandırdı

12:13 - 1 May 2026 - SİYASƏT

Milli Məclisdə Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul edilib.

Ucnoqta.az xəbər verir ki, Milli Məclisin Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyətinə dair qərarını vitse-spiker Ziyafət Əsgərov oxuyub.

Qərara əsasən, Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılıb.

Eyni zamanda, Milli Məclisin Avronest Parlament Assambleyasına üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının tətbiqinə başlanılacaq.

Həmçinin, Milli Məclisin Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsində iştirakına son qoyulur.///apa

Xəbər xətti