Son 36 saat ərzində Hörmüz boğazından 15-20 gəmi keçib.
Ucnoqta.az xəbər verir ki, bu gəmilər İran tərəfindən təyin olunmuş yeni gəmiçilik dəhlizindən istifadə edib və tələb olunan ödənişləri ödədikdən sonra İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) icazəsi ilə boğazdan keçiblər.
Lakin qeyd edilir ki, bütün bu gəmilər ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılma riski ilə üzləşir. Beynəlxalq ticarət üçün strateji əhəmiyyət kəsb edən sularda artan fəaliyyət fonunda regiondakı vəziyyət gərgin olaraq qalır.