Neftin qiyməti 119 dolları ötdü

08:10 - 9 Mart 2026 - İQTİSADİYYAT

Londonun ICE birjasında 2026-cı ilin may ayı üçün çatdırılma ilə Brent markalı xam neftin qiyməti 17 iyun 2022-ci ildən bəri ilk dəfə olaraq barrel üçün 119 dolları keçib.

Ucnoqta.az ticarət məlumatlarına əsasən xəbər verir ki, neftin qiyməti barrel üçün 119,36 dollardan (28,77% artım) satılıb.

Daha sonra neftin qiyməti barrel üçün 117,80 dollara (27,09% artım) düşüb.

Xəbər xətti