Ağdərəyə növbəti köç karvanı yola salınıb

12:11 - 23 Fevral 2026 - Xəbər

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində fevralın 23-də Ağdərə rayonunun Aşağı Oratağ, Heyvalı, Çapar, Çıldıran kəndlərinə növbəti köç yola salınıb.

Ucnoqta.az xəbər verir ki, Tərtər şəhərindən yola salınan köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir. Bu mərhələdə Ağdərənin Aşağı Oratağ kəndinə 29 ailə - 141 nəfər, Heyvalı kəndinə 17 ailə - 84 nəfər, Çapar kəndinə 7 ailə - 22 nəfər, Çıldıran kəndinə isə 10 ailə - 46 nəfər köçürülür.///Azərtac

Xəbər xətti