Borneo bölgəsində 7,1 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, bBu barədə Çinin Sinxua Xəbər Agentliyi 22 fevralda məlumat verib.
Almaniya Geoelmlər Tədqiqat Mərkəzinin (GFZ) məlumatına görə, yeraltı təkanlar bazar günü UTC vaxtı ilə 16:57-də qeydə alınıb. Zəlzələnin episentri 633 km dərinlikdə yerləşib.
Malayziyanın bəzi hissələri də daxil olmaqla, Borneonun şimal sahil ərazilərində güclü təkanlar hiss olunub. Hələlik itki və ya dağıntı barədə məlumat yoxdur.